Hexpen Business Center
Baş Planın Həlli
Biznes mərkəzləri layihəsini şərti olaraq Mingəçevir şəhərində nəzərdə tutmuşam . Ərazi şəhərin Heydər Əliyev prospektinə perpen-dikulyardır. Məqsəd isə Biznes Mərkəzinin şəhərin əsas prospektindən möhtəşəm və dominant tikili kimi görünə biləcəyidir. Hal- hazırda bu ərazinin ətrafında 50-dən çox yerli ağaclar, bitkilər və az mərtəbəli yaşayış binaları yerləşir. Baş planın həllini edərkən bu üstünlükləri nəzərə alaraq Biznes Mərkəzinin ətraf zonasında kiçik bir park layihəsi hazırladım. Biznes Mərkəzi tikintisi üçün nəyə görə məhz bu ərazini seçdim . Kür çayı sahilində yerləşən Mingəçevir şəhəri sahil boyu uzanaraq böyüyür, yəni uzununa . Zaman keçdikcə şəhərin uzununa böyüməsi bu ərazini seçməyimə əsas verdi . Biznes Mərkəzi şəhərin mərkəzi hissəsindən 3 km, Kür çayından isə 1.6 km aralılıqda yerləşir Layihələndirmə üçün seçdiyim ərazinin perspektivliyini nəzərə alıb biznes mərkəzi layihəsinin memarlıq planlaşdırma həllini məqsədəuyğun hesab etdim və bu baxımdan 21 mərtəbəli Biznes Mərkəzi layihəsini yerinə yetirdim . Avtomobillərin qısa və uzun müddətli saxlanması üçün Biznes Mərkəzi ərazisində ayrıca olaraq 4 mərtəbəli Böyük Tam Avtomatik Avtopark Sistemi (Large Full Automatic Parking System ) salınmışdır . Layihələndirdiyim ərazinin landşaft həllində çalışdım ki, ərazidə olan ağaclara zərər verməyərək bir neçə dekorativ ağac və gül kolları istifadə edilsin. Yanğın təhlükəsizliyi normalarını əsas götürərək biznes mərkəzinə 3 tərəfdən yanğın maşınlarının yanaşması üçün şərait yaradılmışdır . Biznes mərkəzini əsas yoldan 20 metr aralı yerləşdirmişəm.