OBA Gəzinti Klubu - Qəbələ

 

Gəzinti Klubunun ilk turu baş tutdu!

 

Ümumilikdə 35 nəfərin iştirak etdiyi turda Qəbələ rayonuna səfər etdik. Gəzintimizə qoşulan əməkdaşlar Qəbələnin füsunkar təbiətində vaxt keçirmək imkanı əldə ediblər. Gəzinti iştirakçıları Qəbələ Rus meşəsində və Nohurgöl ətrafında istirahət edib, həm də müxtəlif oyunlar oynayıblar.

 

Tur çərçivəsində iştirakçılar “Azərbaycan Udi Ocağı” etnoqrafik park muzeyinə və “Çotari” Alban-Udi kilsəsinə də baş çəkiblər. Muzeydə udilərin mədəniyyəti, adətləri, məişət ənənələri və tarixi kökləri barədə əməkdaşlarımıza ətraflı məlumat verilib.