BADƏ-BADƏ

"Badə-Badə"  Wine - Label Design Concept


Ağlımda heç bir ideya və necə bir dizayn olacağı barədə heç nə yox idi. Həmin an gülmək üçün ağlıma bir-iki kəlmə gəldi tam olaraq belə "TƏLƏSMƏ" sloganı isə "Səndə iki kəlmə deyib, sonra çıxıb gedirsən" Bu barədə biraz dostumla zarafatlaşıb başqa slogan və ad verib daha da gülməli vəziyyətə saldıq.
Sonra isə “Niyə də ciddi bir iş olmasın?” düşündüm, axtarışa çıxdım. Şərab məhsulu üçün yeni bir trend və ya dizayn yaratmaq çox çətindir, çünki vebdə minlərlə şərab üçün hazırlanmış müxtəlif dizayna rast gəlmək mümkündür. Mən bunu yaratmaq istəyərkən niyəsə ilk öncə çəkindim - bəlkə də maraqlı olmaz. Düşündüm ki, milli bir atributla əlaqələndirsəm alınma ehtimalı daha yüksək olar. Bir an ağlıma hardan gəldi bilmədim (həmin an gülürdüm) qayaüstü təsvirlər keçdi ağlımdan. Belə, indi başlamaq olar! – dedim. “Qobustan Dövlət Tarixi-bədii Qoruğu”nda çəkilən şəkilləri (Rock art) sintez etdim. Mənə lazım ola biləcək hər bir detalı diqqətlə düşündüm, və vektorlaşdırmağa başladım. Nəticə isə belə alındı.