1995-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində anadan olmuşam. Kiçik yaşlarımdan incəsənətin rəsm, rəngkarlıq, heykəltaraşlıq sahələrinə böyük maraq göstərmişəm. Fotoqraf ailəsində dünyaya göz açdığım üçün fotoqrafiya mənim nəinki marağıma, uşaqlığımın bir hissəsinə çevrilmişdir. Hətta ilk addımlarım belə yadlarda qalıb: Atamın əlində olan fotoaparatı götürmək üçün ayağa qalxaraq atama doğru ilk addımlarımı atmışam.

 

       Babam Mirzə Mirzəyevdən övladları Eldar, Əbdülhəsən və atam Elşad Mirzəyevə ötürülən fotoqrafiya sənəti mənidə bu sənətin dərinliklərinə cəlb etmişdir. İlk fotoaparatım 5-ci sinifdə oxuyanda olmuşdur (Canon EOS 400D). Təbii ki, mənim fotoqrafiyada ilk addımım rəqəmsal fotoqrafiyaya olmuşdur. Kimyəvi fotoqrafiya isə sadəcə belə yadımdadır: Qaranlıq otaq, həssas qırmızı işıq, neqativ və pozitiv filmlər, xüsüsi kimyəvi məddələr. Atamın bu qaranlıq otaqda saatlarla qalıb iş görməyi mənim yadımda qalan və indiki zamanda fotoqrafiyanın necə təkminləşdiyini müqayisə edərkən məni sadəcə heyrətə gətirir.

 

        2013-ci ildə Mingəçevir ş. M.Hüseynzadə adına 3 saylı tam orta məktəbi bitirmişəm. Həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə qəbul olmuşam. 2013 - 2017-ci illərdə Memarlıq fakültəsinin Memarlıq ixtisası üzrə bakalavr təhsili almışam. Memarlıq, İnteryer dizayn, 3D Modelləşdirmə, Vizualizasiya və Qrafik dizayn ilə məşğulam. Fotoqrafiya və Videoqrafiyaya böyük marağım var.